Avro Liqanın qrup mərhələsi çərçivəsində oktyabrın 2-də “Qarabağ”ı qəbul edəcək “İnter” hazırlıqlarını davam etdirir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “İnter”in baş məşqçisi Valter Maççarri futbolçularını “Qarabağ”a qarşı keçiriləcək matça hazırlaşdırır.
Məşq zamanı diqqət çəkən məqamlardan biri baş məşqçinin komandasına əsasən müdafiə xətti ilə bağlı taktiki göstərişləri verməsi olub.
“İnter”in məşqindən çəkilən foto və videoları təqdim edirik.