Topaz Premyer Liqasının 5-ci turunun 2 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, AZAL “Dalğa Arena”da “İnter” qəbul edib və 0:1 hesabı ilə uduzub. Yeganə qolu oyunun 16-cı dəqiqəsində Nizami Hacıyev vurub.
“Zirə” “Rəvan”ı 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Yaşar Abdullayev və Yovan Krneta, qonaqlarda isə Tural Hürbətov fərqlənib.
Turnir cədvəli:
1. “Qarabağ” - 10 очков (4 oyunda)
2. “İnter” - 10 (5)
3. “Zirə” - 9 (5)
4. “Qəbələ” - 7 (4)
5. “Neftçi” - 7 (4)
6. “Xəzər-Lənkəran” - 5 (4)
7. “Kəpəz” - 5 (4)
8. “Sumqayıt” - 3 (4)
9. “Rəvan” - 2 (5)
10. AZAL – 0 (5)
F.H.
www.oxu.az