İtaliya A Seriyasında XXXIII turun daha bir neçə oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, son çempion “Milan” öz meydanında autsayderlər sırasında qərarlaşan “Kremoneze” ilə üz-üzə gəlib.
Matçda qalib müəyyənləşməyib - 1:1. 77-ci dəqiqədə David Okerekenin qolu ilə hesabda geri düşən “rossioneri” yalnız 90+3-cü dəqiqədə Junior Messiasın sayəsində bərabərliyi təmin edə bilib.
“Milan” hazırda 6-cı pillədədir. Komandanın 58 xalı var.