Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə yeni neft yatağının ehtiyatı və dəyəri məlum oldu
Türkiyənin cənub-şərqində kəşf edilən yeni neft yatağının potensialı 1 milyard barel qiymətləndirilir.
Bu barədə çərşənbə günü axşam Türk Petrolleri (TPAO) şirkətinin rəhbəri Melih Xan Bilgin bildirib.
“Biz Qabar rayonundakı yatağın potensialını 1 milyard barel qiymətləndiririk, ehtiyatların dəyəri isə 70 milyard dollar civarındadır”, - deyən nazir gələcəkdə neftin ixracının planlaşdırıldığını bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən çərşənbə axşamı Şirnak vilayətinin Qabar dağ silsiləsi bölgəsində neft yatağının aşkar edildiyini açıqlayıb. Onun sözlərinə görə, 2,6 km dərinlikdə neft aşkar edilib, yatağın hasilat gücü sutkada 100 min bareldir. Ərdoğanın sözlərinə görə, neft çox keyfiyyətlidir və artıq “qara qızıl” yataqdan neft emalı zavoduna vurulur.
Mənbə: CNN Türk
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Suriya bölünməyəcək, Fələstin dövləti mütləq qurulacaq"
- Ərdoğan: "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarələri yoxdur"
- Ərdoğan: "Bütün dünya Türkiyənin artan təsirini görür"
- Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər
- Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Rəylər