İtaliya futbolunun keçmiş ulduzu Filippo İnzaqinin rəhbərlik etdiyi klub İtaliya A Seriyasına yüksəlib.
Oxu.Az xəbər verir ki, F.İnzaqinin baş məşqçisi olduğu “Benevento” klubu B Seriyasında 76 xal toplayaraq, yüksək liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, bu göstərici İtaliya futbolunun gücünə görə I divizionunun rekordudur.
Bununla da, “Benevento” klubu tarixində ikinci dəfə A Seriyasında çıxış etmək hüququ əldə edib.