Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Qran Pri yarışında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən yarışda pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada qızıl medal qazanıb.
Qeyd edək ki, Ruslan Lunyov Afina-2004 Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumovanın oğludur.
