Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranlı qadınlar 40 il sonra ilk dəfə stadionda
İran vətəndaşı olan qadınlar 1979-cu ildən bəri ilk dəfə futbol qarşılaşmasını izləyiblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Al-Ahram” məlumat yayıb.
Onlar kişilərlə birlikdə Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan İspaniya – İran oyununa Tehranın “Azadi” stadionundan tamaşa ediblər. Arenaya giriş üçün biletlər iki avroya olub və qarşılaşmanı 10 min insan izləyib.
Məlumata görə, futbol qarşılaşmalarının yayımı iyunun 15-dən başlanıb. O zaman qadınlar stadiona buraxılmayıb və qarşılaşmanı kinoteatrlardan izləyiblər.
"İran" teqi üzrə xəbərlər
- İranda mərsiyə məclislərində Azərbaycan və Türkiyə əleyhinə siyasi çağırışlar
- İran prezidenti: "Özümlə mübarizə apardıqca görürəm ki, xalqa heç bir cavabım yoxdur"
- İranda təqaüdçülər etiraza qalxdılar
- İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı
- Ərdəbildə türklər əleyhinə tədbir keçiriləcək
Ən çox oxunanlar
Rəylər