Azərbaycanın iki idmançısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.
Oxu.Az xəbər verir ki, uşu-sandada Elçin Eminov 60 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.
Bundan başqa, taekvondoçumuz Qaşım Maqomedov 60 kq çəki dərəcəsində üçüncü yerə çıxıb.
Xatırladaq ki, Q.Maqomedov 2024-cü il Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdı.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları iki növdə mübarizə aparacaqlar.
Oxu.Az xəbər verir ki, taekvondoçulardan Taleh Süleymanov (82 kq), Qaşım Maqomedov (60 kq), Səmərrux Osmanova (51 kq) mübarizələrini davam etdirəcəklər.
Həmçinin uşu-sandada Elçin Eminov (60 kq) yarımfinal döyüşünə qatılacaq.
Xatırladaq ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Azərbaycan 40 mükafatla (5 qızıl, 14 gümüş, 21 bürünc) medal sıralamasında 8-ci yerdədir.