Azərbaycan ağırlıqqaldıranı, IV İslam Həmrəylik Oyunlarının qalibi Anastasiya İbrahimlinin cəzasının müddəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, Qazaxıstan doğumlu idmançımızın qanında tapılmış dehidroxlorometil- testosterone maddəsi onun dörd il müddətinə cəzalanmasına səbəb olub.
2013-cü ildə azərbaycanlı bəylə ailə həyatı quraraq soyadını Şvabauerdən İbrahimliyə dəyişdirən Anastasiyanın cəzası ötən ilin 14 avqustundan qüvvəyə minmiş sayılıb. 2021-ci ildə onun cəzası başa çatacaq.
Qeyd edək ki, hazırda dopinqə görə cəzası davam edən idmançılarımız bunlardır: Valentin Xristov, Elxan Əliqulizadə (hər ikisi 14.12.2023-dək), Silviya Anqelova (10.12.2023-dək), Dadaş Dadaşbəyli, Firudin Quliyev, İntiqam Zairov (hər üçü 21.12.2023-dək) və İsa Rüstəmov (24.11.2021-dək).
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər