“Atletiko” Madrid klubunun cari mövsümdə qazandığı İspaniya çempionatının kuboku Bakıya gətirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Atletiko” Madridin futbolçuları Arda Turan və Qabi, klubun prezidenti Enrike Serezo ilə birlikdə Bakıya gəliblər. “Bakı” ilə “Atletiko” Madridin birgə əməkdaşlığı sayəsində İspaniya çempionu paytaxtımıza gəlib və mətbaut konfransı keçirib.