İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Rasinq Santander" - "Barselona" qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, "Kampos de Sport de El Sardinero" stadionunda keçirilən görüş "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 0:2.
İspaniya Kuboku: "Barselona" mərhələ adladı
Matçda qolların müəllifləri Ferran Torres və Lamin Yamal olublar.
Bu nəticə ilə "Barselona" adını 1/4 final mərhələsinə yazdırıb.