Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İspaniya Kuboku: Finalda "El-Klasiko", yoxsa Madrid derbisi?
İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyunu baş tutub.
Oxu.Az xəbər verir ki, "Real Madrid" ev matçında "Real Sosyedad"ı qəbul edib.
İlk oyunda səfərdə minimal hesablı qələbə qazanan "kral klubu" "Santyaqo Bernabeu"dakı görüşün əsas vaxtında gözlənilmədən 3:4 hesabı ilə uduzublar. İki oyunun nəticəsinə əsasən (4:4) qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.
Əlavə vaxtda daha bir qol vuran paytaxt təmsilçisi yarışın ilk finalçısı olub - 4:4 (ümumi hesab - 5:4).
Digər yarımfinalda "Barselona" cavab matçında "Atletiko"nu qəbul edəcək. Cütün ilk görüşündə bərabərlik qeydə alınıb - 4:4.
İspaniya kubokunun final oyunu aprelin 26-da baş tutacaq. Həlledici oyunda azarkeşləri ya "El-Klasiko", ya da Madrid derbisi gözləyir.
"Real Madrid FK" teqi üzrə xəbərlər
- İspaniya La Liqası: "Real Madrid"dən qələbə, "Barselona" uduzdu
- "Real Madrid" 20 yaşlı müdafiəçinin transferini rəsmiləşdirdi
- "Barselona" çempionlar paradı keçirdi
- "Real Madrid" klubu əzəli rəqibini çempionluq münasibəti ilə təbrik etdi
- Lamin Yamal Kriştianu Ronaldunun İspaniyadakı uğuruna 17 yaşında çatdı