Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İspaniya Kubokunun iki oyunu qasırğaya görə təxirə salındı
İspaniya Kral Futbol Federasiyası (RFEF) qasırğanın fəsadları səbəbindən İspaniya Kuboku birinci mərhələsinin iki oyununun təxirə salındığını elan edib. Belə ki, "Valensiya" - "Parla Eskuela" və "Levante" - "Pontevedra" oyunları təxirə salınıb.
Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.
"Ölkəmizin bir hissəsini vuran qasırğanın səbəb olduğu əlverişsiz hava şəraiti səbəbindən bu gün, 30 oktyabr tarixində keçirilməsi planlaşdırılan İspaniya Kuboku birinci mərhələsinin oyunları təxirə salınıb. Xüsusilə, söhbət "Valensiya" - "Parla Eskuela" və "Levante" - "Pontevedra" oyunlarından gedir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, sabah, cümə axşamı üçün planlaşdırılan İspaniya Kuboku oyunlarının da təxirə salınma ehtimalı var", - deyə İspaniya Kral Futbol Federasiyasının Mətbuat Xidmətinin məlumatında bildirilib.
"İspaniya" teqi üzrə xəbərlər
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Valensiyada daşqınlar nəticəsində 12 ölkənin vətəndaşı həlak olub
- İspaniyada maksimum təhlükə səviyyəsi elan edildi
- İspaniyada uşaq futbolu matçı zamanı tribunada atışma baş verib
- İspaniyada qalmaqal: Polis rəisinin evində milyonlarla avro narkotik pulları tapıldı
Rəylər