Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İspaniya La Liqası: "Barselona" 10 nəfərlə "Sevilya"nı darmadağın etdi
İspaniya La Liqasının 23-cü turunda "Sevilya" "Barselona"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Barselona" "Sevilya"nı 1:4 hesabı ilə darmadağın edib.
Yeddinci dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski hesabı açıb. "Sevilya"nın cavab qolunu səkkizinci dəqiqədə Ruben Varqas vurub - 1:1. 46-cı dəqiqədə yarımmüdafiəçi Fermin Lopes qonaqları hesabda irəli çıxarıb. 55-ci dəqiqədə Rafinya "Barselona"nın üstünlüyünü artırıb. Fermin Lopes 60-cı dəqiqədə meydandan qovulub. 89-cu dəqiqədə müdafiəçi Erik Qarsiya oyunda son nöqtəni qoyub- 4:1.
Keçirilən 23 oyundan sonra "Barselona" 48 xalla La Liqanın turnir cədvəlində üçüncü yerdədir. "Sevilya" isə eyni sayda oyundan sonra 28 xalla 13-cü yerdədir. Turnir cədvəlinə 23 oyundan sonra 50 xalı olan "Real Madrid" başçılıq edir.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
- İspaniya klubunun hücumçusu 12 oyunluq cəzalandırıla bilər
- Bu gün keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI
- İspaniya La Liqası: "Real Madrid" lider "Barselona" ilə xalları bərabərləşdirdi
- İspaniya La Liqası: "Atletiko Madrid" liderlik şansını əldən verdi
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI