Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İspaniya La Liqası: "Barselona" çempion oldu
İspaniya La Liqasının 36-cı turu çərçivəsində "Barselona" klubu "Espanyol"un qonağı olub.
Oxu.Az xəbər verir ki, katalon derbisi qonaqların qələbəsi ilə başa çatıb - 0:2.
Matçda ilk qolu 53-cü dəqiqədə Lamin Yamal vurub. "Espanyol" 80-ci dəqiqədən etibarən azlıqda qalıb. Kabrera qırmızı vərəqə alıb. Əsas vaxta artırılmış dəqiqələrdə Fermin Martin fərqlənib.
Bu qələbə sayəsində "Barselona" mövsümün sonuna iki tur İspaniya çempionu adını qazanıb.
36-cı turdan sonra "Barselona"nın 85, ikinci yerdəki "Real Madrid"in 78 xalı var.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar