İspaniya La Liqasının 2026/2027 mövsümünün I turundan təxirə salınmış oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmada "Barselona" və "Atletik Bilbao" klubları üz-üzə gəlib.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 37-ci dəqiqədə Kataloniya klubunun hücumçusu Rafinya hesabı açıb. 82-ci dəqiqədə isə yarımmüdafiəçi Fermin Lopes "Barselona"nın üstünlüyünü möhkəmləndirib.
Bu qələbədən sonra "Barselona" 6 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Xalı olmayan "Atletik Bilbao" isə 20-ci sıradadır.
Qaynar xətt:
(055) 224 12 12