UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə "Ferentsvaroş"a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Trabzonspor"un baş məşqçisi Fatih Tekke istefa verib.
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis matçdan dərhal sonra 18 aydır tutduğu vəzifədən ayrılıb.
"Bu cəzanı özümə verirəm. Elə oyunlar var ki, insanı çox yaralayır. Biz də həmin oyunlardan birini yaşadıq", - deyə gənc mütəxəssis vurğulayıb.
Qaynar xətt:
(055) 224 12 12