"Trabzonspor" Avropa Liqasının təsnifat mərhələsinin pley-off mərhələsində cavab oyununda səfərdə "Ferentsvaroş"a 0:4 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, Türkiyə klubu qarşılaşmanın gedişində meydanda doqquz nəfərlə qalıb.
13-cü dəqiqədə Ruslan Malinovski qırmızı vərəqə alaraq meydandan qovulub. 57-ci dəqiqədə isə Sidni Lopes Kabral ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
"Ferentsvaroş"un heyətində Kallum O'Dauda, Marius Korbu, Bamidele Yusuf (penaltidən) və Kristian Listeş hərəyə bir qol vurublar.
İki oyunun nəticəsinə görə məğlub olan "Trabzonspor" (ilk oyun - 0:1) mübarizəni Konfrans Liqasının ümumi mərhələsində davam etdirəcək.