Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İspaniya La Liqası: "Barselona" liderliyini möhkəmləndirdi
İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Barselona" evdə "Malyorka"nı sınağa çəkib.
Oxu.Az xəbər verir ki, çempionatın əsas favoritlərindən olan Kataloniya təmsilçisi matçda ilk və yeganə qolu vuran tərəf olub.
46-cı dəqiqədə Olmo "Barselona" azarkeşlərini sevindirib.
Bu qələbə sayəsində komanda xallarını 76-ya çatdıraraq, əsas izləyicisi "Real Madrid" ilə xal fərqini yeddiyə yüksəldib.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar