İspaniya La Liqasının 34-cü turunda "Espanyol" və "Real Madrid" qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Barselonadakı "Kornelya-El Prat" stadionunda keçirilən görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qolu 55-ci və 66-cı dəqiqələrdə Vinisius Junior vuraraq komandasına qələbə qazandırıb.
34 turdan sonra "Espanyol" 39 xalla 13-cü pillədə qərarlaşıb. "Real Madrid" isə 77 xalla ikinci yerdədir. Turnir cədvəlinə 88 xalla "Barselona" başçılıq edir.
Qeyd edək ki, növbəti turda "Real Madrid" mayın 10-da səfərdə "Barselona" ilə qarşılaşacaq.
Qaynar xətt:
(055) 224 12 12