İspaniya La Liqasının 33-cü turu çərçivəsində "Real Madrid" - "Alaves" oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, görüş "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 2:1.
Matçda qalib komandanın qollarını Kilian Mbappe və Vinisius Junior vurublar. Qonaqlardan isə Toni Martines fərqlənib.
Qələbə sayəsində xal ehtiyatını 73-ə yüksəldən Arbeloanın yetirmələri 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 79 xalla "Barselona" başçılıq edir.
Qaynar xətt:
(055) 224 12 12