İspaniya La Liqasının 32-ci turunda "Real Madrid" səfərdə "Real Betis"lə 1:1 hesablı heç-heçə edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Sevilyadakı "La Kartuxa" stadionunda baş tutub.
Matçda hesabı 17-ci dəqiqədə Vinisius Junior açıb. Lakin görüşün 90+4-cü dəqiqəsində Ektor Belyerin bərabərlik qolunu vuraraq "Betis"ə bir xalı qazandırıb.
32 turdan sonra "Real Madrid" 74 xalla 2-ci, "Betis" isə 50 xalla 5-ci pillədə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12