İspaniya La Liqasının səkkizinci turunda Madriddəki "Santiago Bernabeu" stadionunda "Real Madrid" "Vilyarreal"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, meydan sahibləri 3:1 hesablı qələbəni bayram ediblər.
Qələbə "Real Madrid"ə xallarının sayını 21-ə çatdırmağa və turnir cədvəlində "Barselona"nı iki xal qabaqlamağa imkan verib. Səkkiz matçdan 16 xal toplayan "Vilyarreal" La Liqada üçüncü pillədə qalıb.