İspaniya La Liqasının 36-cı turunda "Barselona" səfərdə "Alaves" klubuna 1:0 hesabı ilə uduzub.
Oxu.Az xəbər verir ki, qarşılaşma Vitoriyadakı "Mendisorrosa" stadionunda keçirilib.
Oyunda yeganə qolu 45+1-ci dəqiqədə İbrahima Dyabate vurub.
"Barselona" ötən turda vaxtından əvvəl İspaniya çempionu adını təmin etmişdi. Komanda 36 oyundan sonra 91 xalla turnir cədvəlinə başçılıq edir.
"Alaves" isə 40 xalla 15-ci pillədə qərarlaşıb.
Növbəti turda "Barselona" evdə "Real Betis"lə qarşılaşacaq. "Alaves" isə səfərdə "Real Oviedo"nu sınağa çəkəcək.