UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, oyun günündə səkkiz qarşılaşma baş tutub.
A Liqasının III qrupunda Çexiya və İspaniya milli komandaları qarşılaşıb. Praqadakı "EPET Arena" stadionunda keçirilən görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 39-cu dəqiqəsində hakim İspaniyanın xeyrinə penalti təyin edib. Aleks Baena 11 metrlik zərbəni dəqiq yerinə yetirərək hesabı açıb.
72-ci dəqiqədə Çexiya millisinin müdafiəçisi Ladislav Kreyçi qırmızı vərəqə ilə meydandan qovulub. Əlavə olunmuş 90+6-cı dəqiqədə isə müdafiəçi Mark Pubil İspaniyanın ikinci qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib - 2:0.
İspaniya millisi beş oyunun hamısında qələbə qazanaraq 15 xalla 3-cü qrupda liderdir. Çexiya isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
A Liqası, I qrup
Türkiyə - Belçika - 1:2;
İtaliya - Fransa - 3:1.
A Liqası, III qrup
İngiltərə - Xorvatiya - 2:1.
C Liqası, I qrup
Albaniya - Finlandiya - 2:0;
San-Marino - Belarus - 0:2.
C Liqası, II qrup
Ermənistan - Kipr - 1:1;
Monteneqro - Latviya - 2:1.