“Real Madrid” İspaniya Superkuboku uğrunda görüşdə “Barselona”ya qalib gəlib.
Oxu.Az xəbər verir ki, qarşılaşmaya fəal başlayan Madrid təmsilçisi yeddi və 10-cu dəqiqələrdə Vinisius Juniorun vurduğu qollarla önə keçib. 33-cü dəqiqədə R.Levandovski vurulan qollardan birinin əvəzini çıxsa da, katalonların bundan artığına gücü çatmayıb.
Əvəzində 39-cü dəqiqədə V.Junior özünün və komandasının üçüncü qolunu vurub.
Qarşılaşmada son nöqtəni 64-cü dəqiqədə Rodriqo qoyub.
Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.
İspaniya Superkuboku: “Real Madrid” “Barselona”nı darmadağın etdi - VİDEO