Futbol üzrə Avropa çempionatında “D” qrupunun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Tuluzanın “Munisipal” stadionunda İspaniya yığması Çexiya ilə qarşılaşıb.
Matç Pireney təmsilçilərinin minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 87-ci dəqiqədə Jerar Pike vurub.
Xatırladaq ki, bu qrupun ilk oyununda Türkiyə millisi eyni hesabla Xorvatiyaya məğlub olmuşdu.