Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İspaniyada tarixin ən titullu futbolçusuna qarşı ittiham irəli sürüldü
Barselona məhkəməsi Çempionlar Liqasının üçqat qalibi braziliyalı futbolçu Dani Alveşi cinsi təcavüzdə ittiham edib.
Məlumata görə, məhkəmə 2022-ci ilin dekabrında Barselonada baş verən hadisələrlə bağlı iş üzrə idmançıya qarşı istintaqı yekunlaşdırıb.
Alveş çərşənbə günü məhkəmə qarşısına çıxmalı və onun barəsində qərar elan edilməlidir. Məhkəmə həmçinin 150 000 avro məbləğində girov təyin etmək qərarına gəlib ki, bu da onun həbsdən buraxılması anlamına gəlmir.
Qeyd edək ki, Alveşin 40 yaşı var. O, 2022-ci ilin iyulundan Meksikanın “Pumas” klubunda çıxış edir. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusudur.
Mənbə: TASS
"Barselona FK" teqi üzrə xəbərlər
- Robert Levandovski Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan altı komanda bəlli olub
- UEFA Çempionlar Liqası: "Barselona" son dəqiqələrdə "Benfika"nı üstələdi
- UEFA Çempionlar Liqası: VII tura doqquz görüşlə start veriləcək
- İspaniya Kubokunda dörddəbir final mərhələsinin püşkatma mərasimi keçirilib
Rəylər