İspaniyalı hakim Rikardo Benqoeçea “Jirona” və “Sevilya” komandalarının qarşılaşmasında, üzərinə gələn topdan gözəl üsulla yayınıb.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, görüşün əvvəlində “Sevilya”nın futbolçusu ötürmə etmək istəyərkən, ayağı sürüşərək topu hakim olan tərəfə göndərib. Rikardo Benqoeçea arxaya gedərək ( bu üsulla “Matris” filminin qəhramanları güllələrdən yayınırdılar), topun başına dəyməsindən qaça bilib.
17 sentyabrda baş tutmuş görüşdə “Sevilya” 1:0 hesabı ilə qələbə qazanıb.
E.C.
www.oxu.az