Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İspaniyanın qələbə qolunu vuran futbolçu satqın elan edildi
İspaniyanı AVRO-2024-də çempion edən qolu vuran bask futbolçu Mikel Oyarzabal anasının yaşadığı qəsəbədə satqın elan edilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, "Real Sosyedad"ın futbolçusu İngiltərəyə vurduğu qolla İspaniyada günün qəhrəmanı olub.
Lakin Bask vilayətinin Ellorio bələdiyyəsində Oyarzabal və İspaniya millisində çıxış edən başqa bir bask oyunçusu Merino üçün pankart asılıb. Bannerin üzərində İspaniya bayrağının üzərindən xətt çəkilib və "İspaniya millisində oynamağa yox" yazılıb. Bannerin altındakı divarda isə bask dilində "Oyarzabal və Merino - satqınlar" yazılıb.
Bunun səbəbi isə Bask hərəkatının lideri Arnaldo Oteqinin İspaniya yığmasının qələbəsini qeyd etməyəcəyini bildirməsi olub.
"Bu, mənim komandam, kralım və himnim deyil. Bəzi insanlar bizim İspaniya əleyhdarı olduğumuzu düşünürlər, amma bir daha xatırlatmaq istəyirəm ki, bask oyunçuların öz komandalarında oynamaq imkanları yoxdur, çünki bu dövlət bizi inkar edir".
"AVRO-2024" teqi üzrə xəbərlər
- UEFA narkotik istifadəsində şübhəli bilinən ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb
- Ronaldu "AVRO-2024"də yerinə yetirə bilmədiyi penaltidən sonra ağlamasının səbəbini açıqladı
- İspaniya ilə Argentina milliləri arasında keçiriləcək "Finalissima" matçının tarixi bəlli olub
- Avropa çempionatına ev sahibliyi edən Almaniyanın gəliri bəlli olub
- Yann Zommer milli komandadakı karyerasını başa vurdu
Rəylər