UEFA Avropa Liqasında 1/16 final mərhələsi başa çatıb.
Oxu.Az xəbər verir ki, Türkiyə klublarından “Fənərbaxça”nın ardından “Qalatasaray” da turnirlə vidalaşıb. Portuqaliyanın paytaxtı Lissabonda günün yeganə qolsuz başa çatan qarşılaşması “Cim Bom”un turnirdən kənar qalmasına səbəb olub.
Bu isə o deməkdir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqanın finalında İstanbul klublarını biz görə bilməyəcəyik.
Beləliklə, “Benfika” (Portuqaliya), “Ren” (Fransa), “Çelsi”, “Arsenal” (hər ikisi İngiltərə), “Dinamo” (Ukrayna), “Slaviya” (Çexiya), “İnter”, “Napoli” (hər ikisi İtaliya), “Krasnodar”, “Zenit” (hər ikisi Rusiya), “Dinamo” (Xorvatiya), “Ayntraxt” (Almaniya), “Zalsburq” (Avstriya), “Valensiya”, “Vilyareal” və “Sevilya” (hər üçü İspaniya) 1/8 finala yüksəlib.
“Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) 0:0
İlk oyun – 2:1