İsveçin “Malmö” klubunun azarkeşləri eyniadlı şəhərdə Zlatan İbrahimoviçin şərəfinə ucaldılan heykəli eybəcərləşdiriblər.
“Reuters” xəbər verir ki, vandallar heykəli gümüşü boya ilə rəngləyiblər və onun burnunu kəsiblər.
Daha əvvəl İbrahimoviç bildirib ki, “Malmö”nun əzəli rəqibi olan “Hammarbü” futbol klubunun aksiyalarını alaraq onun həmsahibi olub. Azarkeşlər bu xəbəri qəzəblə qarşılayıblar.
Qeyd edək ki, Malmö şəhərində böyüyüb başa çatan İbrahimoviçə bu şəhərdə heykəl qoyulub. Oktyabrın 8-də keçirilən açılış mərasimində futbolçu özü də iştirak edib.