Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya A Seriyası: "İnter" təkbaşına liderliyi əldən verdi
İtaliya A Seriyasının 33-cü turunda "Bolonya" "İnter"i qəbul edib.
Oxu.Az xəbər verir ki, "Renato Dall'Ara" stadionundakı qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu matçın 90+4-cü dəqiqəsində Rikkardo Orsolini vurub.
Bu nəticədən sonra A Seriyasında çempionluq uğrunda mübarizə aparan komandaların xalları bərabərləşib.
Hazırda "İnter" 71 xalla "Napoli" ilə birgə A Seriyasının lideridir. İnzaginin komandası yalnız top fərqinə görə ilk pillədə qərar tutub. "Bolonya" isə 60 xalla turnir cədvəlində 4-cüdür.
"İtaliya A Seriyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar