İtaliya A Seriyasının 4-cü turuna "İnter" - "Udineze" matçı ilə yekun vurulub.
Oxu.Az xəbər verir ki, görüş Milan təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:3.
Ev sahiblərindən Karlos Auqusto, Nikolo Barella, Markus Türam, Françesko Espozito, Anj-Yoan Bonni, qonaqlardan isə Ceyms Abankva, Yurgen Ekkelenkamp və İdrissa Qeye fərqlənib.
Bu oyundan sonra "İnter" 12 xalla turnir cədvəlində 2-ci pilləsində qərarlaşıb. "Udineze" isə 4 xalla 13-cü yerdədir.
Qaynar xətt:
(055) 224 12 12