Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İtaliya A Seriyası: "Milan" autsayderlə bacarmadı
İtaliya A Seriyasının 20-ci turu çərçivəsində "Milan" autsayderlər qrupunda qərarlaşan "Kalyari"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, "San-Siro"da keçirilən matçda qalibi müəyyən etmək mümkün olmayıb.
Komandalar hərəyə bir dəfə fərqlənməklə xalları yarı bölüblər - 1:1.
Hazırda "Milan" 28 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində yer alıb. "Kalyari" isə aktivindəki 18 xalla yarış siyahısında da 18-cidir.
"İtaliya A Seriyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar