İtaliya A Seriyasının ikinci turu çərçivəsində keçirilən "Leççe" - "Milan" qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun qonaqların inamlı qələbəsi ilə yekunlaşıb - 0:2.
Matçda bütün qollar ikinci hissədə vurulub. "Milan"ın heyətində Ruben Loftus-Çik və Kristian Pulişiç fərqləniblər.
Bu nəticə "Milan"ın cari mövsümdə A Seriyasında əldə etdiyi ilk qələbə olub.
İtaliya A Seriyası: "Milan" cari mövsümdə ilk qələbəsini qazandı