Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İtaliya A Seriyası: "Milan" əzmkar qələbə qazandı
İtaliya A Seriyasının 35-ci turu çərçivəsində "Cenoa" evdə "Milan"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Luici Ferraris" stadionunda keçirilən matç Serjiu Konseysaonun yetirmələrinin qələbəsi ilə yekunlaşıb - 1:2.
"Milan" matçın gedişində geridə olsa da, iki qol vuraraq aktvinə üç xal yazdıra bilib.
61-ci dəqiqədə Oliveyra "Cenoa"nı hesabda önə çıxarsa da, 76-cı dəqiqədə Leau hesaba tarazlıq gətirib. 77-ci dəqiqədə isə Frennrup öz qapısına qol vurmaqla "Milan"a qələbə sevinci yaşadıb.
Bu qələbə sayəsində Milan təmsilçisi xallarını 57-yə çatdıraraq, doqquzuncu pillədə qərarlaşıb. "Cenoa" 39 xalla 13-cüdür.