İtaliya A Seriyasının 13-cü turunda "Milan" və "Latsio" arasında oyun baş tutub.
Oxu.Az xəbər verir ki, Milanda keçirilən matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 51-ci dəqiqədə Rafael Leao vurub.
Bu oyundan sonra "Milan" 28 xalla turnir cədvəlində birinci sırada qərarlaşıb. "Latsio" isə 18 xalla səkkizinci yerdədir.
İtaliya A Seriyası: "Milan" "Latsio"nu minimal hesabla üstələdi