İtaliya A Seriyasının 33-cü turunda "Milan" "Verona" klubunun qonağı olub.
Oxu.Az xəbər verir ki, oyun qonaq komandanın 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu Adrian Rabio 41-ci dəqiqədə vurub.
Bu nəticədən sonra "Milan" 66 xalla ikinci yerə qalxıb. "Verona" 18 xalla 19-cu yerdədir.