İtaliya A Seriyasının 36-cı turunda "Milan" "Bolonya"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, "San Siro" stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
"Bolonya" A Seriyasında 36 oyundan sonra 62 xalla yeddinci yerdə, "Milan" isə 60 xalla səkkizinci yerdədir.
Qeyd edək ki, mayın 14-də bu komandalar İtaliya kubokunun finalında üz-üzə gələcəklər. Oyun Romadakı "Olimpiko" stadionunda baş tutacaq.