İtaliya A Seriyasının 9-cu turunun oyunları çərçivəsində "Atalanta" doğma meydanda "Milan"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma qollu heç-heçə ilə başa çatıb - 1:1.
Matçda hər iki qol ilk hissədə vurulub. 4-cü dəqiqədə Samuele Riççi qonaqları hesabda önə çıxarsa da, Ademola Lukman 35-ci dəqiqədə hesaba tarazlıq gətirib.
Bu nəticədən sonra "Milan" xallarını 18-ə, "Atalanta" isə 13-ə çatdırıb.
Xatırladaq ki, "Milan" ardıcıl iki oyundur xal itirir. Klub əvvəlki turda "Piza" ilə də heç-heçə etmişdi - 2:2.