İtaliya A Seriyasının 35-ci turunda lider "Napoli" klubu "Leççe"nin qonağı olub.
Oxu.Az xəbər verir ki, neapollular minimal hesabla qələbə qazanıblar - 0:1.
Oyunda yeganə olqu 24-cü dəqiqədə Cakomo Raspadori vurub.
Bu görüşdən sonra Antonio Kontenin komandası 77 xalla birinci yerdədir, "Leççe" isə 27 xalla 17-ci pillədə qərarlaşıb.