İtaliya A Seriyasında VI tur davam edir.
Oxu.Az xəbər verir ki, son çempion “Napoli” öz meydanında “Udineze”yə böyük hesabla qalib gəlib - 4:1.
Neapolluların qollarını Pyotr Zielinski, Viktor Osimhen, Xviça Kvaratsexeliya və Covanni Simeone vurublar. Qonaqların heyətində Lazar Samarciç fərqlənib.
Üç tur sonra qələbə qazanmağı bacaran “Napoli” xallarını 11-ə çatdırıb və beşinci pilləyə yüksəlib. “Udineze” üç xalla 18-cidir.
İtaliya A Seriyası: “Napoli”dən böyük hesablı qələbə, “İnter” mövsümdə ilk dəfə uduzdu - VİDEO