Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliya A Seriyası: "Roma" "Cenoa"ya qalib gəldi
İtaliya A Seriyasında 21-ci turunda "Roma" və "Cenoa" komandaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun Romadakı "Olimpiko" stadionunda baş tutub və 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Hesabı 25-ci dəqiqədə "Roma"nın hücumçusu Artyom Dovbik açıb. 33-cü dəqiqədə "Cenoa"nın yarımmüdafiəçisi Patritsio Mazini tarazlığı bərpa edib. 60-cı dəqiqədə Stefan El Şaaravi "Roma"nı hesabda irəli çıxarıb. İkinci hissənin ortalarında qonaq komandanın qapıçısı Nikola Leali avtoqola imza atıb.
"Roma" İtaliya A Seriyasının turnir cədvəlində 21 oyundan sonra 27 xal toplayıb. "Cenoa" 21 oyunda 23 xal toplayıb və 11-ci yerdədir. Birinci yerdə 20 oyundan 47 xalı olan "Napoli" qərarlaşıb.
"İtaliya A Seriyası" teqi üzrə xəbərlər
- Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
- "Mançester Yunayted" Alexandro Qarnaçonun "Napoli"yə keçidinə icazə verdi
- A Seriyası: "İnter" "Bolonya" ilə xalları yarı böldü
- Teo Ernandes "Milan"ın əfsanəsini geridə qoyaraq zirvəyə yüksəlib
- A Seriyası: "Yuventus" - "Atalanta" matçında qalib müəyyənləşmədi
Rəylər