İtaliya A Seriyasının altıncı turunda "Fiorentina" "Roma"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, hesabı meydan sahibləri açsalar da, paytaxt klubu geridönüşlə qələbəni təmin edib.
Kinin (14) dəqiq zərbəsinə Sule (22) və Kristante (30) cavab veriblər.
Qazanılan üç xal "Roma"ya xallarını 15-ə çatdırmağa və A Seriyasının zirvəsinə qalxmağa imkan verib. "Fiorentina" 3 xalla 17-ci yerdə qərar tutub.