İtaliya A Seriyasının 22-ci turunda "Roma" "Milan"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, görüşdə qalibi müəyyən etmək mümkün olmayıb.
Komandalar hərəyə bir dəqiq zərbə ilə xalları yarı bölməyə razılaşıblar - 1:1.
Hazırda hər iki klub turnir cədvəlinin qonşu pillələrində qərarlaşıblar. "Milan" 47 xalla 2-ci, "Roma" isə 43 xalla 3-cüdür.
Çempionata 52 xalla "İnter" başçılıq edir.