İtaliya A Seriyasının 36-cı turunda "Atalanta" doğma meydanda "Roma"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
"Atalanta"dan qollara Lukman və Kristante imza atıblar. Paytaxt təmsilçisindən isə Sulemana fərqlənib.
"Atalanta" 71 xalla üçüncü, "Roma" isə 63 xalla altıncı pillədə qərarlaşıb.