2025/2026 mövsümünün İtaliya A Seriyasının 24-cü turunda "Yuventus" və "Latsio" arasında oyun başa çatıb.
Oxu.Az xəbər verir ki, Turin şəhərində keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qonaqların hücumçusu Pedro Rodriges 45+2-ci dəqiqədə hesabı açıb. Qustav İsaksen 47-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Ev sahibi komandanın yarımmüdafiəçisi Ueston Makkenni 59-cu dəqiqədə fərqi azaldıb, Pyer Kalyulyu 90+6-cı dəqiqədə bərabərlik qolunu vurub.
"Yuventus" 24 oyundan sonra 46 xalla turnir cədvəlində dördüncü yerdədir. "Latsio" 33 xalla səkkizinci yerdə qərarlaşıb.