Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya klubu "Fənərbağça"nın qolkiperi üçün təklif göndərib
İtaliyanın "Fiorentina" klubu "Fənərbağça"nın təcrübəli qolkiperi Dominik Livakoviç üçün təklif göndərib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, buna səbəb uğurlu mövsüm keçirən David De Xeanın nəhəng klublardan dəvət almasıdır.
İspaniyalı əlcək ustasının "Fiorentina"nı tərk etmə ehtimalını nəzərə alan klub rəhbərliyi Dominik Livakoviçin keçidini tamamlamağa çalışacaq.
Qeyd edək ki, Dominik Livakoviçin "Fənərbağça" klubu ilə müqavilə müddəti 2026-cı ildə başa çatacaq.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar