İtaliya Kubokunda ikinci yarımfinal qarşılaşması baş tutub.
“Fiorentina” doğma meydanda “Atalanta” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini ev sahiblərinin vurduğu yeganə qol həll edib - 1:0.
Cütlüyün cavab qarşılaşması aprelin 24-də oynanılacaq. Qalib finalda “Yuventus” - “Latsio” cütünün qalibi ilə mübarizə aparacaq.